Atena ilə ləzzətli sərinlik

13.06.2018

Agentliyimizə daxil olmuş brifə əsasən 2D video hazırlanmalı və Futbol üzrə Dünya Çempionatında oyun arası fasilədə reklam spotu yerləşdirilməli idi. Toplamda 4 gün zamanımız var idi. Nəzərə alsaq ki, brifdə videonun xronometrajı 10-13 saniyə arasında olmalı idi. Bu bizi xeyli çətin vəziyyətə saldı. Bu zaman kəsiyində komanda ilə ssenarini hazırladıq və ilk cizgiləri çəkməyə başladıq. Kanalda reklam bloku artıq təsdiqlənmişdi. Son anda biz də lahiyəni bitirdik və təslim etdik.