Haqqımızda

Kimik biz?
Emil Əlizadə - 2012-ci ildən indiyə qədər marketinq sahəsində fəaliyyət göstərirəm. Azərbaycanın tanınmış "Azersun Holdinq", "Palsüd" və "Atena" kimi şirkətlərində marka rəhbəri olaraq çalışmışam. Amma bir müddət sonra marketinq xidməti almaq əvəzinə, marketinq xidməti təqdim etmək qərarına gəldim. Beləliklə, 2018-ci ildə "EAB Agency"ni təsis etdim. Qazandığım təcrübəni daha da təkmilləşdirib, ətrafıma yığdığım komanda ilə (onlarsız çox çətin olardı) birlikdə müştərilərə təqdim etməyə başladıq.
Əgər sizə də faydalı olmağımızı istəyirsinizsə, çayınızı içib, biznesinizlə tanış olaq.
100+
müştəri ilə toplantı
1000+
iş saatı
2000+
km yol
5000+
fincan çay