Sosial media üçün 5 məsləhət

24.07.2019

Sosial media müştərilərinizi və izləyicilərinizi cəlb etməyin ən effektiv metodlarından biridir. Lakin siz düzgün strategiya yarada və tətbiq edə bilmirsinizsə, deməli, markanızı tanıtmaq və müştərilər ilə birbaşa əlaqəyə keçmək o qədər də asan olmayacaq. Bu dəfəki məqaləmizdə sosial media vasitəsilə müştəriləri cəlb etməyin 5 məsləhəti ilə tanış olacağıq. 

1. Müəyyən dövrü əhatə edən paylaşım planı yaradın
Əksər media şirkətlərində redaksiya iclasları, təqvim nəşrləri və kontent -struktur cədvəlləri olduğu kimi, siz də şirkətiniz üçün yaratdığınız sistemin ölçülü versiyasını formalaşdırmalısınız. Hər şey sizin fərqli sosial media hesablarında müəyyən cədvəl və qanunauyğunluq əsasında  həftəlik paylaşımlar etməyinizdən başlayır.

2. Prioritet olaraq müxtəlif sosial media hesablarından istifadə edin
Yəqin ki, sizin hər bir sosial media platforması üçün ayrıca mükəmməl kontent hazırlamağa vaxtınız və resurslarınız kifayət etmir. Buna görə də, siz bəzi platformalarda üstünlüyü qoruyub saxlamalısınız. Məsələn, biznesiniz moda ilə əlaqəlidirsə, instagrama üstünlük verməlisiniz. Yox, əgər B2B (Business to Business) idarə edirsinizsə, deməli, Linkedin sizin üçün daha faydalı və gəlirli platforma olacaq (Linkedin və istifadə qaydaları haqqında olan məqaləmiz ilə saytdan tanış ola bilərsiniz).


3. Həqiqətə fokuslanın
Günümüzdə sosial media çərçivəsində ən vacib sözlər həqiqət və orijinallıqdır. Məsələyə praktiki olaraq yanaşsaq, sizi digərlərindən fərqləndirən və unikallığınızı göstərən nüansları önə çıxarmalısınız. İdarə etdiyiniz sənaye sahəsi ilə əlaqədar jargon və yorucu mesajlar vermək əvəzinə, məhsulunuzu hərkəsin başa düşəcəyi sadə dildə izah edə və üstünlüklərinizi sadalaya bilərsiniz. Lakin ən vacib məsələ isə -  olmadığınız və ya ola bilmədiyiniz bir imici qorumağa çalışmayın. Sosial mediadakı insanlar sizdə “həqiqət” faktorunun olmadığını başa düşə bilər və beləliklə, siz izləyicilərinizi itirə bilərsiniz.

4. Əsaslı marka imicinizi yaradın 
Sosial mediadakı ən uğurlu markalar müxtəlif platformalar arasında effektiv şəkildə ardıcıl səs və mesaj üsullarını inkişaf etdirə bilənlərdir. Bu, o demək deyil ki, Twitterdəki paylaşımınıza düzəliş edib, digər hesablarda, məsələn, Facebookda paylaşasınız. Bunun əvəzinə, markanızı hər sosial media platformasına uyğunlaşdırın və müxtəlif elementlərin birləşib sizin markaya olan marağı necə artırdığının şahidi olun. Əks təqdirdə, müştəriyə və ətrafınıza təqdim edəcəyiniz imic 2 müxtəlif insanın fərqli hesablar idarə etməsi mənzərəsi kimi olacaq. 

5. Dinləyin
Bu məsləhət, bəlkə də, ən sadə həll yolu ola bilər, lakin markaların ən çox gözdən qaçırdığı hissələrdən biridir. Bir çox sahibkarlar öz markalarını insanlara tanıtmaq və marketinq planlamasını həyata keçirməyə o qədər fokuslanırlar ki, ətrafda marka haqqında danışan kütləni unudurlar. Onlayn kanallar vasitəsilə markanız haqqında danışan insanlar var və onları axtarıb tapmaq sizin üçün çox faydalı olacaqdır. Sadə bir addım – spesifik bir hashtag üzərindən axtarış ətrafınızda markanızı tanıyan insanları tapmağınızda sizə kömək olacaq. 
Son olaraq, onu qeyd etmək istəyirik ki, yuxarıda qeyd olunan ipucuların hər biri sizi potensial alıcı kütlənizə addım - addım yaxınlaşdıracaq. Bu ipucları sayəsində sosial media hesablarınızı tənzimləyə və izləyicilərinizin böyük bir qismini öz müştərinizə çevirə biləcəksiniz.