Rəqəmsal markada bu səhvləri etməyin

07.08.2019

Əgər şəxsi mağazanızı açmaq qərarı vermisinizsə, dropşippinq metodu ilə məhsulları istehsal etməyə və inventar tutmağa ehtiyac yoxdur. Sizə sadəcə internet bağlantısı, vebsayt, etibarlı təchizatçılar, bir neçə sosial media hesabı və bəlkə də bir bloq lazım olacaq. Lakin yüksək miqdarda sərmayə xərcləmirsiniz deyə bu, o demək deyil ki, quracağınız ən rahat biznes budur. Hər bir işdə olduğu kimi, burada da müxtəlif çətinliklər ilə rastlaşacaqsınız. Dropşipperlər marketinqə kifayət qədər güvəndiklərinə görə markanız üçün çox güclü tanıtım strategiyası hazırlamalısınız. Bir çox onlayn pərakəndə satıcıları brendinqin vacibliyini dərk etmir və bura sərf edilən enerjinin lazımsız olduğunu düşünür. Buna görə də bu məqaləmizdə onlayn ticarət zamanı “etməməli” olduğumuz səhvlərdən danışacayıq. 
#1. Əhatə dairəsini genişləndirmək
Kifayət qədər kütləyə sahib olmaq hər bir biznesmen üçün müsbət göstəricidir. Əgər siz kiçik bir kütləyə xitab etsəniz, o zaman sizin büdcənizə limitli məbləğ daxil olacaq. Yox əgər siz böyük kütləyə xitab etsəniz, deməli, hər kəsin pulu sizə gələcək. Amma burada işlər yenə qarışır. Çünki insanlar ümumi miqyasdan çıxaraq daha çox professional onlayn mağazalardan alış-veriş etməyi seçirlər. Və sizin kütlənizi daha da böyütməyiniz markanızı bazarda əsassız hala gətirəcək, həmçinin, insanların maraq dairəsindən də yavaş-yavaş uzaqlaşmış olacaqsınız. Əgər izləyicilərinizi idarə edə bilmək potensialında  deyilsinizsə, əhatə dairəniz kiçiləcək və artıq daha az insan sizdən alış-veriş etmiş olacaq. 
#2. Marka tanıtımına xüsusi diqqət göstərməmək
Şübhəsizdir ki, biz bir çox yerdə qarşılaşdığımız və ağlımızın bir küncündə qalan markalar ilə tanış olmuşuq. Bunlara misal olaraq NİKE markasının yaratdığı “JUST DO İT” sloqanı,  UP&UP markasının “ox” imzalı loqosunu misal göstərə bilərik və bu markalar müştəri hədəfləmə mövzusunda da olduqca uğurludurlar. Əgər sizin markanız şübhəli və anlaşılmaz  olarsa, insanların vebsaytınıza daxil olub, alış-veriş etməsi çox da inandırıcı görsənmir. Bu müddət ərzində özünüzə bu sualları verin: “Yaratdığım markanın loqosu insanların diqqətini çəkə bilir? O, sosial mediada kifayət qədər əsaslı imic yarada bilirmi? İnsanlara onların marka təcrübələrini anladığımı başa salmaq üçün xüsusi loqo, sloqan və spesifik marka xüsusiyyətlərim varmı? Konkret olaraq yaradılmış marka kimliyi sizi digər rəqiblərinizdən fərqləndirərək bazarda daha uğurlu olmağınıza və müştəriləri cəlb etməyinizə dəstək olacaqdır. 
#3. Mükəmməl olsa belə hazırladığınız vebsayt ilə öyünməyin
Onlayn alış-veriş edərkən daxil olduğumuz vebsayta hamımız göz gəzdiririk və saytı yaradanlar onun daha mükəmməl və estetik görünməsi üçün əllərindən gələni edirlər. Biz də, həmçinin, yaratdığımız vebsaytın müştəriyə görünən hər bir detalına fikir verərək onu daha da mükəmməl hala gətirməliyik. Lakin unutmamaq lazımdır ki, insanlar görünüşün deyil, mahiyyətin önəminə daha çox fikir verirlər. Vebsayt fiziki bir mağazanın rəqəmsallaşdırılmış versiyasıdır və heç kim alış-veriş edərkən qarşısına maneələrin çıxmasını istəməz. Buna görə də vebsayt hazırlanmasında olduqca hər bir detala xüsusi diqqət ayırmaq və müştərinin rahatlığını təmin etmək şərtdir. Həmçinin, dizayn zamanı Uİ və UX də maksimum keyfiyyətə malik olmalıdır. 
#4. Video istifadəsinin zəif olması 
Sosial mediada üstünlüyün şəkillərdə olduğunu hamımız bilirik, lakin son zamanlarda göstərilən statistikalar video yönümlü kontentlərin daha ön plana çıxdığını göstərir. Onlayn alış-verişin mənfi tərəflərindən biri insanların seçdiyi məhsulun xüsusiyyətlərini hiss edə bilməməsidir. Buna görə də vizual effektlər müştəriyə məhsulun onlarda necə hiss yaradacığını göstərə bilməyiniz üçün əlinizdə olan ən yaxşı vasitədir. 
#5. İstifadəçi tərəfindən yaradılmış məzmundan istifadə etməmək (UGC – User Generated Content)
İstehlakçılar öz həmyaşıdlarına digər məşhur şəxslərdən və markanın öz sahibindən daha çox güvənirlər. Və onlar bir qrup şəxsin qatıldığı fəaliyyətləri gördükdə, dərhal iştirak edib maraq göstərməyə çalışırlar. Bu fenomen “sosial sübut” olaraq göstərilir və insanlar sizin geniş müştəri bazasına sahib olduğunuzu bilməsələr, onların maraqlarını cəlb etmək o qədər də asan olmayacaq. Buna görə də, müştəriləriniz ilə əlaqəyə keçin. Onlara yeni kontent yaratmaq və təəssüratlarını tətbiq edə bilmək üçün şərait yaradın. İstehlakçılar real müştərilərin nə düşündüyünü biləndə artıq sizin markanız haqqında müsbət fikrə sahib olacaqlar. 
#6. Kifayət qədər əlçatan ola bilməmək
Dropşippinq zamanı qarşılaşdığınız problemlər sizin günahınız olmasa belə, həll etmək məcburiyyətindəsiniz. Müştərilərinizə məhsulları markanın adı altında satırsınızsa, onlar hər hansı bir problem olduğu təqdirdə dərhal sizinlə əlaqə saxlayacaqlar, təchizatçılar ilə deyil. Əlaqə yaranmadığı təqdirdə isə bu daha böyük problemlərə yol açacaqdır. İş saatları içində telefon, e-mail və sosial media vasitəsilə gələn mesaj və zənglərə hazır olmalısınız. Həmçinin, günün hər bir saatında gələn şikayət və təkliflərə də açıq olmalısınız. Bu sayədə həm siz markanız ilə əlaqədar insanların nə fikirləşdiyindən xəbərdar olacaqsınız, həm də müştərilərin sizinlə tez bir zamanda əlaqəyə keçməsi mümkün hala çevriləcək. 
#Son olaraq, onlayn ticarət kənardan göründüyü kimi asan biznes deyil. Burada yaratdığınız imici qorumaq, marka adına xələl gətirməmək, həm də təchizatçılar ilə möhkəm əlaqələr quraraq müştəri məmnuniyyətini təmin etmək sahibkarların başlıca vəzifəsidir.