Biznes platforması - Linkedin

29.05.2019

Bugün bir çox insan Linkedindən tanıtım və reklam məqsəd ilə istifadə edir. Əslində, bu şəbəkə iş mühitində daha da yüksəlməyiniz üçün mövcud olan münasibətlərinizi bərpa etməyə və artırmağa kömək edən ən yaxşı vasitədir. Lakin insanların hələ də bu sosial şəbəkədən düzgün şəkildə istifadə etməməsi və qarşı tərəfi öz təklifləri, spam mesajları ilə narahat etməsi aktual olaraq qalır.

Bugünkü məqaləmizdə Linkedin sosial şəbəkəsinin düzgün istifadəsi və onun iş həyatında tətbiqindən danışacağıq.

 

Linkedinin düzgün olmayan istifadəsi

Sadə bir ssenari üzərindən getsək, portfoliosu və iş təcrübəsi kifayət qədər zəngin birindən dostluq təklifi alırıq və onu qəbul etdiyimizdə qarşı tərəf bizi öz reklamları  ilə “atəşə” tutur.

Digər bir vəziyyətdə isə biz daha çox informasiya əldə etmək və ixtisasımız ilə əlaqədar özümüzü inkişaf etdirməyə çalışmaq üçün bir Linkedin qrupuna qatılırıq. Əvəzində isə insanlar öz məhsul və xidmətlərini sata bilmək üçün avtomatik olaraqbizə mesaj göndərirlər. Bu proses Linkedin istifadəçilərinin ən çox qarşılaşdığı problemdir, çünki qarşı tərəf şəbəkənin istifadə qaydasından xəbərsizdir. Bəs, düzgün istifadəni necə tətbiq etməli?

 

Linkedindən düzgün istifadə

Təsəvvür edək ki, marka loyallığını artırmağa çalışırsınız, lakin bu, markanızın və şirkətin adını Linkedində gördüyünüz hər posta və ya hər bir insana mesaj kimi göndərmək üçün əsaslı bir səbəb deyil. Bunun əvəzində siz markanız üçün Linkedində ayrıca bir səhifə aça və fərqli paylaşımlarınız ilə insanların diqqətini cəlb edə bilərsiniz. Burada məqsəd reklam yönümlü  paylaşımlar əvəzinə, maraqlı və kreativ bir konsept yaratmaqdır.

Başqa sözlə desək, sənayenin gələcəkdəki sahələri haqqında kontent hazırlamaq bir liderlik fəlsəfəsidir və bu sahədə istiqamətlənmiş strategiya markanın tanınması ehtimalını daha da artırır. Amma şirkətinizin gələcəkdə istehsal edəcəyi məhsul haqqında paylaşım etmək reklam məqsədi daşıyır. Üstəlik, Linkedin artıq öz funksiyalarını (media paylaşımı və slayd hazırlanması kimi) daha da zənginləşdirib. Deməli, hazırladığınız markanın təqdimatını bunlar vasitəsilə verə bilərsiniz.

Lakin bəzi insanların məqsədi Linkedindən sadəcə reklam və tanıtım üçün istifadə etməkdir. Əslində, belə insanlar üçün də müxtəlif çıxış yolu vardır. Məsələn, LinkedIn, Facebook-da olduğu kimi kontenti ödənişli reklam etməyə imkan verir. Bu kontentinizin spam kimi görünməyib, paylaşımın əsas səhifədə (time line-da) görünməsini təmin edəcəkdir.

 

Günahı Facebookda axtarın, Linkedində yox 

Bir çox hallarda, Linkedindən yanlış istifadənin əsas səbəbi kimi Facebook göstərilir. Çünki Facebookda paylaşım etdiyinizdə o, sizə kütləvi miqdarda izləyici qazandıra bilir və müntəzəm olaraq əlaqələri təmin etməyə kömək edir. Lakin hər kəs buradakı əsas məqamı unudur – Facebook iş yoldaşları üçün yox, ətrafımızdakı dostlar və tanışlar üçün istifadə olunan bir sosial şəbəkədir. Bəzi insanlar facebookdan sadəcə diqqət çəkmək üçün istifadə etdiyində bu cansıxıcı ola bilər. Amma bu platformada satış və tanıtım məqsədli paylaşımlar azlıq təşkil edir. Əgər siz Facebookda göstərdiyiniz davranışları Linkedində də göstərirsinizsə, deməli, artıq strategiyanızı dəyişməyin vaxtı gəlib çatıb. Yadda saxlamaq lazımdır ki, hər bir platforma özünəməxsus unikallığı ilə seçilir və kontent hazırlayarkən bu qanunauyğunluğa riayət etmək həm istehsalçı, həm də müştəri üçün daha uğurlu alınacaqdır.